Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Əsrdən artıq ömür

0

  •         Hal-hazırda Xocalı rayonunda ən uzun ömürlü sakinlərimizdən biri Əliyeva Fatma Məhəmmədəli qızıdır. Fatma Əliyeva 1919-cu il iyul ayının 1-də anadan olub, lakin sənədlərdə 1921-ci il təvəllüdü ilə qeydiyyata alınıb. Fatma nənənin əsli-kökü Dərələyəz mahalının Gədikvəng kəndindəndir. Anası Güllü xanım Fatmaya hamilə ikən ailəsi ermənilərin təcavüzü nəticəsində dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qalaraq Beyləqanda məskunlaşır. Fatma gözlərini Beyləqanın Şahsevən kəndində dünyaya açır.           Fatma xanım 1936-cı ildə Əliyev Bəhlul İbrahim oğlu ilə ailə həyatı qurub. Bəhlul kişi Böyük Vətən Müharibəsində iştirak edib, müharibədə yaralanıb, II qrup əlil olub. Ailə 1959-cı ildə Xocalıya köçüb.         Erməni cinayətlərinə uşaq yaşlarından şahidlik edən Fatma nənə Xocalı soyqırımı müsibətlərinin ağrı-acısını yaşayıb. Onun iki qızı, iki nəvəsi 12 gün meşədə qaldıqdan sonra erməni quldurlarının pusqularından yayına bilərək 8 mart günü Qarağacı qəbiristanlığına gəlib çıxa biliblər. Kürəkəni Qasımov Məhəmməd Salman oğlu Dəhraz kəndi yaxınlığında ermənilər tərəfindən girov götürülüb, aldığı sarsıntılara görə bir neçə ildən sonra rəhmətə gedib. Digər kürəkəni İmani Malik Ağayar oğlunu Fatma ananın qızının gözləri önündə güllələyiblər, meyiti meşədə qalıb. Nəvəsinin həyat yoldaşı Qarayev Yusifəli Süleyman oğlu taleyi naməlum olan həmvətənlərimizdən biridir.        Keşməkeşli həyat yaşayan, 8 övladı, 33 nəvə, 67 nəticə, 31 kötücəsi olan Fatma nənə torpaqlarımızın işğaldan azad olunmasını görən xoşbəxt insanlardandır. Şanlı Vətən Müharibəsində Fatma nənənin iki nəticəsinin də imzası vardır.         Fatma nənəni 100 illik yubileyi münasibətilə təbrik edir, ona Allahdan möhkəm cansağlığı, uzun ömür, tezliklə Xocalı torpağına qədəm qoymağını arzulayırıq.          Təbrik edir: Xocalı rayon ictimaiyyəti
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib39 dəfə
    Əsrdən artıq ömür

    Maraqlı gələ bilər
    47
    173